Hakan Şükür: “Azərbaycana sevə-sevə gələcəyəm”

Hakan Şükür: “Azərbaycana sevə-sevə gələcəyəm”
ÖLKƏ FUTBOLU 13 Mart 2009 / 13:05 3150
-  A +

Türk futbolunun canlı əfsanəsi Hakan Şükür Qafqaz Universitetinin dəvətilə aprel ayında Azərbayca gələcək. Bu haqda məlumatı Qafqaz Universiteti idman işləri üzrə direktoru Musa Turmuş Qol.Az saytına verdiyi açıqlamasında deyib: “Biz universitet yönətimi olaraq Hakan Şükürü Türkiyədə əsrin futbolçusu seçmişik və həmin mükafatı şəxsən onun özünə təqdim etmək istəyirik. Bu məqsədlə də Hakanla əlaqə saxlayıb məsələdən onu da hali etdik və Azərbaycana dəvət etdik. Veteran futbolçu təklifimizdən və onu Türkiyədə əsrin futbolçusu seçməyimizdən çox məmnun olduğunu dedi. Onun sözlərini olduğu kimi sizə çatdırmaq istəyirəm: “Azərbaycan mənə doğma olan bir ölkədir və ora sevə-sevə gələcəyəm”. Turmuş Hakanın aprel ayında ölkəmizə gələcəyini bildirib: “Səfər daha öncə də baş tuta bilərdi. Sadəcə bilirsiniz ki, onun işləri bu aralar çox yoğundur. Eyni zamanda TRT telekanalında da futbol yorumu ilə məşğuldur. Buna görə səfər aprelə planlaşırıldı. Bu yaxınlarda rəsmi surətdə də ona dəvət məktubu göndərəcəyik”.

Daha çox


Son xəbərlər