Böyükağa Ağayev: "Qələbə qazana bilməməyimizin bir neçə səbəbi var"

XƏBƏR 12 Mart 2009 / 20:33 2344
-  A +

"Bir neçə qol şansı yaxalasaq da, onlardan sitifadə edə bilmədik. Halbuki qələbə qazana bilərdik". Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la oyunsonrası mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Ağayev deyib. B.Ağayev qalib gələ bilməmələrini bir neçə amillə əlaqələndirib: "Birinci hissədə çətin oldu, oyunumuz alınmadı. Amma ikinci hissədə uşaqlar yaxşı oynadılar. "Qarabağ" qol buraxmamaq üçün müdafiəyə "oturdu". Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni əsirgəmədilər. Bir neçə qol şansımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. Nəticədə kubokla vidalaşmaq məcburiyyətində qaldıq. Bu gün qələbə qazana bilməməyimizin bir neçə səbəbi var ki, onlardan da biri meydançanın vəziyyətinin arzuolunmaz səviyyədə olmasıdır. Meydanın ot örtüyü pis vəziyyətdə olduğundan, istədiyimiz oyunu sərgiləməkdə çətinlik çəkirdik".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı