Zeynal Məmmədov: «Bakı»nın çirkin əməllərlə heç bir əlaqəsi olmayıb, yoxdur və gələcəkdə də olmayacaq»

Zeynal Məmmədov: «Bakı»nın çirkin əməllərlə heç bir əlaqəsi olmayıb, yoxdur və gələcəkdə də olmayacaq»
XƏBƏR 12 Mart 2009 / 18:20 2223
-  A +

"Bakı" futbol klubu AFFA və PFL tərəfindən hakimlikdə şəffaflığın təmin olunması istiqamətində atılan addımları tam dəstəklədiyini bəyan edib. Qol.Az-ın məlumatına görə, «Bakı» klubunun baş meneceri Zeynal Məmmədov mətbuat üçün bu gün verdiyi açıqlamasına komandasının heç zaman pərdəarxası oyunlarda iştirak etmədiyini, hakimlərlə əlaqələrini yalnız peşəkarlıq prinsipləri üzərində qurduğunu bildirib: «Bakı» futbol klubu müfaviq qurumların ədalətsiz və qərəzli hakimliklə mübarizəsini alqışlayır, bu fəaliyyətin davamlı və effektli olması naminə istənilən yardımı etməyə hazır olduğunu bildirir. Biz bu məsələlərin tezliklə araşdırılıb günahkarların müəyyən olunmasını, onların kimliyindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi və AFFA daxili normativləri çərçivəsində cəzalandırılmasını zəruri hesab edirik. Bir daha bildiririk ki, "Bakı" futbol klubunun bu çirkin əməllərlə heç bir əlaqəsi olmayıb, yoxdur və gələcəkdə də olmayacaq. Biz futbolun yalnız meydanda və "fair play" prinsiplərinə uyğun oynanılmasının tərəfdarıyıq və bu prinsiplərdən geri çəkilmək niyyətində deyilik».
Z.Məmmədov bəzi hakimlərin adının "Bakı" klubu ilə bağlamaq cəhdlərinin təəssüf doğurduğunu deyib: "Bakı" futbol klubu bir daha bildirir ki, qərəzli hakimliklə mübarizədə sona qədər var və bu mənfi halları Azərbaycan futbolu adına ləkə hesab edir».

 

 

Daha çox


Son xəbərlər