Vasili Utkin: “Foqtsun millini çalışdırması Azərbaycan üçün çox böyük reklamdır”

XƏBƏR 12 Mart 2009 / 18:00 2530
-  A +

“Berti Foqtsun milli komandanı çalışdırması, Azərbaycan üçün çox böyük reklamdır. Çünki bundan sonra digər məşhur futbolçular və ya məşqçilər də Azərbaycandan gələn təklifi məmuniyyətlə qəbul edəcəklər. Artıq onlar bilirlər ki, hazırda bu ölkədə 1996-cı ildə Almaniya millisini Avropa çempionu etmiş məşqçi çalışır”. Qol.Az-ın məlumatına görə, bu sözləri məşhur rusiyalı idman şərhçisi Vasili Utkin deyib. V.Utkin bildirib ki, məşqçini hansı ölkədən olmasının elə bir önəmi yoxdur. Əsas onun gördüyü işdir: “Məşqçinin pasportunda hansı ölkənin adının yazılması önəmli deyil. Əsas onun işlədiyi komandada gördüyü işdir. Əgər almaniyalı məşqçilər Azərbaycan futbolunun səviyyəsini qaldıracaqlarsa, onlara üstünlük vermək doğru seçimdir. Milli koamndaya gəldikdə isə, ilk növbədə nəzərə almaq lazımdır ki, Fotsun milli komandada qarşısına hansı şərt qoyulub. Əgər Azərbaycanb milli komandası qrupda yalnız Almaniya və Rusiya milliləriylə oyunda sensasiyaya imza atmaq istəyirsə, ani uğurlar əldə etmək istəyirsə, bunu Foqtssuz da əldə etmək mümkündür”.

Mənbə: ceo.az

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı