Rəşad Sadıqov “Fənərbaxça”ya qarşı ilk dəqiqələrdən oynayacaq

Rəşad Sadıqov “Fənərbaxça”ya qarşı ilk dəqiqələrdən oynayacaq
XƏBƏR 12 Mart 2009 / 14:47 2435
-  A +

"Kocaelispor”da legioner həyatı yaşayan həmyerlilərimiz - Rəşad Sadıqovla Ramal Hüseynovun komandası sabah növbəti oyununa çıxacaq. Qol.Az-ın məlumatına görə, “Kocaelispor” səfərdə “Fənərbaxça”nın qonağı olacaq. “Şükrü Saracoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtıyla saat 22:00-da başlayacaq. Son həftələr uğurlu oyunuyla diqqət çəkən İzmit təmsilçisi bu həftə də qələbə qazanmağa çalışacaq. Amma statistika “Kocaelispor”un əleyhinədir. Bu günə qədər tərəflər arasında keçirilən 39 oyundan 20-də “Fənərbaxça”, 7-də isə “Kocaelispor” qələbə qazanıb. 12 matç heç-heçə başa çatıb. Bu oyunlarda 31 qol vuran “Kocaelispor”, öz qapısında 70 top görüb. “Kocaelispor” “Fənər”i sonuncu dəfə 9 il əvvəl öz meydanında 2:1 hesabıyla məğlub edib. Lakin həmyerlilərimizin klubu səfərdə “Fənərbaxça”ya heç vaxt qalib gəlməyib. İlk dövrədə isə “Fənərbaxça” rəqibini 3:2 məğlub edib.
Türkiyə mətbuatının məlumatına görə, Rəşad Sadıqov bu matçda da start heyətində meydana çıxacaq. Ramal Hüseynovun isə ehtiyat oyunçular skamyasında yer alıb-almayacağı hələ məlum deyil. “Kocaelispor”un heyətində itki də var. Sarı vərəqə cəzalısı olan Sərdar Topraktepe meydana çıxa bilməyəcək.
“Gamebookers” kontoru isə bu oyunla bağlı əmsallarını açıqlayıb. “Kocaelispor”un qələbə əmsalı 1-in 10 nisbətindədir. Heç-heçənin əmsalı 5,5, “Fənər”in qələbəsi isə 1,22-dir.      


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord