Azərbaycan millisindən imtina edən futbolçu Çempionlar Liqasında fərqləndi (VIDEO)

VİDEO 4 Avqust 2011 / 01:03 3711
-  A +

Ötən illərin sonlarında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun dəvətini qəbul etməyərək yığmamızda oynamaqdan imtina edən İsveçin "Malmö" klubunun futbolçusu Jiloan Hamad ötən gün Çempionlar Liqasında fərqlənib. Qol.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu ÇL-in III təsnifat mərhələsinin cavab oyununda “Reyncers”lə görüşün qəhrəmanı olub. Matçın gedişində 0:1 hesabı ilə geridə olan "Malmö" Hamadın sayəsində status-kvonu bərpa edib - 1:1. Hamad hesabı bərabərləşdirməklə yanaşı komandasını da ÇL-in "play-off" mərhələsinə daşıyıb. Qeyd edək ki, ilk görüşdə "Malmö" səfərdə 1:0 hesabı ilə qələbə qazanmışdı. Həmin qolu təqdim edirik:




Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı