Cəmşid Məhərrəmov: “Bakı” meydançada səkkiz nəfərlə qalsa belə, yenə güclüdür”

XƏBƏR 11 Mart 2009 / 20:16 2421
-  A +

“Biz 10 nəfərlə də “Xəzər-Lənkəran”dan güclü olduğumzu sübut etdik”. Bu sözləri Qol.Az-saytına “Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov “Xəzər-Lənkəran”la bugünkü kubok matçından sonra deyib: “Hesabımda 3 sarı kart var. Qarşıda isə bizi "Karvan"la çətin oyun gözlədiyindən, baş məşqçimiz bu oyunda forma geyməyimi məsləhət bilmədi. “Bakı” elə komandadır ki, burada əvəzolunmaz futbolçu yoxdur və hamı bir-birini əvəzləməyə layiqdir. Biz bir ailə kimiyik və hətta meydançada səkkiz nəfərlə qalsaq belə, yenə güclüyük. Oyuna baxanlar buna əyani şahidi oldu. Hesabda 0:2 geri düşsək də, əvvəlcə fərqi azaltdıq, sonra isə azlıqda qalmağımıza baxmayaraq, Saşa Yunusoğlunun qolu ilə hesabı bərabərləşdirib növbəti mərhələyə adladıq”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı