Valentin Xodukin: “İlk qolu vurduqdan sonra rahatlaşdıq”

XƏBƏR 11 Mart 2009 / 18:39 2372
-  A +

“İlk qolu vurduqdan sonra rahatlaşdıq. Çünki bundan sonra “Simurq”un 4 qol vuracağı mümkünsün görünürdü. Məhz bu arxayınlığın nəticəsində qapımızdan 2 qol buraxaraq məğlub olduq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la Zaqatalada baş tutan təkrar ¼ final matçından sonra keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı məşqçi məğlubiyyətə baxmayaraq, ümumi qələbəyə görə sevindiyini dilə gətirib: “Heyətimizdə itkilər vardı və bu da məğlubiyyətimizdə öz təsirini göstərdi. Lakin əsas o idi ki, növbəti mərhələyə vəsiqə qazanaq. Sevinirəm ki, buna da nail olduq”.


Son xəbərlər