Yaşar Abuzərov: “Əvvəlki “Olimpik”dən əsər-əlamət qalmayıb"

XƏBƏR 11 Mart 2009 / 17:48 2333
-  A +

“Oyun mənim üçün ikiqat əhəmiyyətli və əlbəttə ki, prinsipial idi”. Bu sözləri “Olmpik”lə təkrar kubok matçından sonra yarımfinala vəsiqə qazanan “Qəbələ”nin yarımmüdafiəçisi Yaşar Abuzərov Qol.Az-a açıqlamasında deyib. Abuzərov qazanılan qələbədən hədsiz sevinc hissi keçirməsini deməklə bərabər sabiq klubu haqqında fikirlərini də bölüşüb: “Əvvəlki “Olimpik”dən əsər-əlamət qalmayıb. Hətta 3-4 top fərqi ilə rəqibi məğlub edə bilərdik. Amma 1:0-da pis deyil. Əsas odur ki, mərhələni keçdik. Öz oyunuma gəlincə, çox, yaxud az oynamağım mənim üçün əsas deyil. Əsas olan komandamın qələbəsidir”. 


Son xəbərlər