«Kocaelispor»un futbolçularına ismarıc: “Fənərbaxça”nı udun, 300 min dollar qazanın

XƏBƏR 11 Mart 2009 / 17:23 2438
-  A +

İzmit Böyükşəhər Bələdiyyə başqanı İbrahim Karaosmanoğlu bu həftə “Fənərbaxça” ürərində qazanılacaq qələbə müqabilində həmyerlimiz Rəşad Sadıqovun da formasını geyindiyi “Kocaelispor” futbolçularına 500 min lirə (təxminən 300 min dollar) mükafat vəd edib. Qol.Az-ın “Özgür Kocaeli” qəzetinə istinadən verdiyi məlumata görə, Karaosmanoğlu oyunu şəxsən “Şükrü Saracoğlu”ndan izləyəcək və əgər “Kocaelispor” qalib gələrsə, mükafatı dərhal soyunub-geyinmə otağında futbolçulara təqdim edəcək. İzmit mətbuatının yaydığı xəbərə görə, bu xəbər klubun düşərgəsində yüksək əhval-ruhiyyə yaradıb və hamı bir nəfər kimi qələbəyə köklənib. Türkiyə mətbuatı isə matç öncəsi “Dedeyi də postala” başlıqı yazılar verməyə başlayıblar (“Dədə” kəlməsi burada Lusi Araqones üçün nəzərdə tutulub). Onlar bununla Rəşadın komandasının Mixael Skibenin ardından Luis Araqonesin də yola salımasını istədiklərinə işarə vurublar. Hətta TRT-də yayınlanan “Stadiyum” verlişində “Fənərbaçça”-“Kocaelispor” matçını şərh edən türkiyəli yorumçular “Sıra acaba Araqonesəmi gəldi” ifadəsini işlətməkdən də çəkinməyiblər.

Daha çox


Son xəbərlər