Ramiz Məmmədov: “Sevincimi bölüşməyə adam axtarıram”

XƏBƏR 11 Mart 2009 / 17:19 2425
-  A +

“Bu gün çox yaxşı oynadıq. Bunun da sayəsində yarımfinala yüksəldik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik”lə oyunsonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. Gənc mütəxəssis yarımfinalda da uğurlu çıxış edəcəklərinə inanır: “Uşaqlar bu gün bütün güclərini meydanda qoydular. Rəqibi bütün komponentlərdə üstələdik. Qələbə qazandığımıza görə, çox sevinirəm. Sevincimi bölüşməyə adam axtarıram. İnanıram ki, növbəti mərhələdə də uğurlu çıxış edərək, kuboku qazanacağıq”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı