“Zenit”in futbolçusu Azərbaycanı ciddi rəqib hesab edir

XƏBƏR 11 Mart 2009 / 16:21 2486
-  A +

“Milli komandamıza oynamaq və yüksək xal toplamaq lazımdır. Düşünürəm ki mundiala getmək şansımız var. Son Avropa çempionatından sonra çoxları Rusiyanı avtoritet kimi qəbul edir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiyanın “Sport” nəşrinə açıqlamasında “Zenit”in aparıcı futbolçularından olan Yuri Semşov deyib. Rusiya miliisinin heyətində DÇ-2002-də çıxış edən sabiq milli üzvü qrupdakı rəqiblərinə hörmətlə yanaşmağı məsləhət görüb: “Qrupdakı rəqiblərimizin hamısı güclüdür. Mən heç kimi biri-birindən fərqləndirmək istəməzdim. Üstəlik bizə qarşı hamı ciddi hazırlaşır. Bu isə çox yaxşı haldır və bizə öz gücümüzü hiss etmək imkanı verir. Qarşıdakı matçlarda həqiqətən də güclü olduğumuzu sübut edə bilsək, Afrikaya vəsiqə cibimizdə olacaq”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı