Yaxın günlərdə “Neftçi” klubuna ispaniyalı futbolçular gələcək. Bu haqda məlumat verən komandanın idman direktoru Vəli Qasımovun sözlərinə görə, birinci dövrə bitəndən sonra bu məqsədlə İspaniyaya yollanacaq. Heyətə yüksək səviyyəli legionerlər gətirməyə çalışan Qasımovun bunu gerçəkləşdirməyin heç də asan olmadığını bildirib: “Bura yüksək səviyyəli futbolçu gətirmək çətindir. Çünki İspaniyada “Neftçi” klubunu tanımırlar”.
İspan futbolçuların “Neftçi”yə gəlişi perspektivinə nikbin baxan Qasımov bunun reallaşmasına çalışır: “İspaniyada bir neçə oyunçuya baxacağam. Əlbəttə, güclü çempionat sayılan Primerodan Azərbaycana futbolçunun gəlişi real deyil. Ancaq İspaniyanın aşağı liqasından oyunçu gətirmək mümkündür”.
Milli komandamızın sabiq futbolçusu fikrini belə əsaslandırıb: “Aşağı liqada çıxış edənlər həm güclülər dəstəsi ilə müqayisədə çox pul almırlar, həm də Primeroya çıxa bilmədikləri üçün diqqətdən kənarda qalırlar. Onlara Azərbaycan Premyer Liqasında, avrokuboklarda çıxış etmək perspektivinin, “Neftçi”nin böyük tarixi klub olduğunu deyəndə maraqlarına səbəb olur”.
Xatırladaq ki, “Neftçi” qış fasiləsində İspaniyada təlim-məşq toplanışı keçirməyi planlaşdırır.
Mənbə: apasport.az
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı