Milli komandamız FİFA-nın reytinqində iki pillə irəlilədi

ÖLKƏ FUTBOLU 11 Mart 2009 / 13:20 2491
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 2 pillə irəliləyib. Hazırda aktivində 217 xal olan Azərbaycan milli komandası Burundi ilə birgə 134-135-ci pilləri bölüşdürür. Reytinqə isə əvvəlki kimi sonuncu Avropa çempionu olan ispanlar başçılıq edir. Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Almaniya ikinci, Hollandiya isə üçüncüdür. Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacağımız Rusiya millisi 8-ci pilləyə yüksəlib. Qrupdakı digər rəqiblərimizdən Finlandiya 57-ci, Uels 68, Lixtenşteyn isə 151-ci yerdə qərarlaşıb. Ötən ayla müqayisədə geriləyən Türkiyə millisi dünyanın ən güclü 11-ci komandasıdır.  


 

Daha çox


Son xəbərlər