Rusiya mətbuatı Nizami Sadıqovu Rojerio Seni ilə müqayisə etdi

XƏBƏR 11 Mart 2009 / 11:58 2536
-  A +

“Qarabağ”ın qapıçılarla işləyən məşqçisi Nizami Sadıqov təkcə qapısının toxunulmazlığı ilə deyil, eyni zamanda rəqib qapıçıları məyus etməsi ilə də yadda qalıb. Bu cəhətdən onu məhşur braziliyalı qapıçı Rojerio Seni ilə müqayisə etmək olar”. Bu sözləri Rusiyanın sports.ru saytının əməkdaşları dünyanın ən toxunulmaz qapıçıları haqqında danışarkən vurğulayıblar. Saytda Sadıqovun futbolçu olduğu zaman cərimə zərbələrindən və penaltilərdən 21 qola imza atdığı da xüsusi qeyd edilib. Rusiyalı həmkarlarımız N.Sadıqovu dünya səviyyəli qapıçı da adlandırıblar. Sports.ru-da qapısını toxunalmaz saxlayan qapıçılar sırasında hazırda karyerasını Bakının “İnter” klubunda davam etdirən Elxan Həsənovun da adına rast gəlmək olar. O, “Neftçi”də oynadığı dönəmdə 943 dəqiqə qapısında qol buraxmaması ilə yadda qalıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı