"Qarabağ" "Neftçi"nin Avropaya gedən yolunu bağladı

PREMYER LİQA 12 Mart 2009 / 19:49 5934
-  A +

Bu gün saat 18.00-dan etibarən Qol.Az saytı Azərbaycan kubokunun sonuncu 1/4 final mərhəsinin cavab qarşılaşması - "Neftçi" - "Qarabağ" oyunundan canlı tekst-reportaj yayımladı.

12 mart, cümə axşamı

"Neftçi" - "Qarabağ" 0:0
T.Bəhramov adına respublika stadionu.
Hakimlər: Əliyev Vüsal, Əliyev İlham, Nağıbəyov Eldar, Əhmədov Rövşən

Sonuncu yarımfinalçı "Qarabağ" oldu. "Neftçi" mübarizəni dayandırdı.
Oyun başa çatdı.
86.
Bu dəfə də Joze Karlosun zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmədi.
85. Ali Cansunun başla zərbəsi təhlükəli alınsa da, top qapıdan aralı keçdi.
83. "Neftçi"nin baş məşqçisi Böyükağa Ağayev sonuncu əvəzetmədən də istifadə etdi. Adrian Nyaqanı Ali Cansun əvəzlədi.
80. "Qarabağ"ın heyətində daha bir dəyişiklik. Artim Şakirini Ayxan Abbasov əvəzləyir.
73. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilk oyunçu dəyişikliyindən istifadə edir. Zaur Ramazanovu Raif Əliyev əvəzləyir. 
69. "Neftçi" hesabı açmağa yaxın idi. Lakin Samir Əliyevin zərbəsini Fərhad Vəliyev çətinliklə də olsa qaytara bildi.
66. "Neftçi"nin heyətində oyunçu dəyişikliyi baş verir. Elmar Baxşıyevin əvəzinə Joze Karlos meydana daxil olur. 
63. Elmar Baxşıyevin zərbəsi qapının üstündən keçdi.  
58. Zaur Tağızadə sarı vərəqəylə cəzalandırılır.
57. "Neftçi"nin heyətində ilk oyunçu dəyişikliyi baş verir. Valentin Atemin əvəzinə meydana Samir Əliyev daxil olur.
55. Şakiri daha bir şansı boşa verdi. Makedoniyalkı futbolçunun təhlükəli zərbəsi qapının üstündən keçdi.
50. Komandalar ikinci hissəyə sönük başlayıblar. Hər iki tərəf xeyli sayda top itkisinə yol verir.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.

36. "Neftçi"dən Valentin Atemin zərbəsi təhlükəli alınsa da, "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev səhvsiz oynayır.
28. "Qarabağ" daha bir qol şansını əldən qaçırır. Şakirinin qüvvətli zərbəsini "Neftçi"nin qapıçısı Mişoviç çox çətinliklə tuta bildi.
19. Künc zərbəsindən ötürülən topu Rail Məlikov başla qapıya göndərsə də, top üstdən keçir. 
14. "Qarabağ" oyunda ilk təhlükəli vəziyyəti yaradır. Lakin Artim Şakirinin zərbəsi qeyri-dəqiq alındı.
10. "Neftçi" hesabı açmağa çox yaxın idi. Lakin Zaur Tağızadənin zərbəsi qapı dirəyinə dəydi. 
5. Oyun bir qədər sakit tempdə başlayıb. Qapılar qarşısında təhlükəli epizod yoxdur.
Oyun başladı.


11 mart, çərşənbə

"Bakı" - "Xəzər-Lənkəran" 2:2
T.Bəhramov adına respublika stadionu.
Hakimlər: Yusifov Fariz, Hüseynov Azad.Q, Vasilyev Roman, Sultani İmanxan
QOLLAR: Georgi Adamiya (68), Sşa Yunisoğlu (90+1) - İvan Svetkov (28,67)

Üçüncü yarımfinalçı "Bakı" oldu.
Oyun başa çatdı.
90+3.
Əsəblərini cilovlaya bilməyən "Xəzər-Lənkəran"ın kapitanı Emin Quliyev kobud oyuna görə əvvəlcə ikinci sarı, ardınca isə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılır.
90+1. QOLLLLLLLLLLL. Saşa Yunisoğlu hesabı bərabərləşdirdi.
88. "Bakı" hesabı bərabərləşdirmək üçün irəli atılıb. Lakin "Xəzər-Lənkəran"ın arxa xətti etibarlı oynayır. 
84. "Bakı" meydanda azlıqda qaldı. Batistaya birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldı. 
78. "Xəzər-Lənkəran"ın heyətində ilk oyunçu dəyişikliyi baş verir. İvan Svetkovu Devran Ayhan əvəzləyir.  
76. Kobud oyuna görə, Konstandin Cambazov sarı vərəqəylə cəzalanır.
71. Batista hesabı bərabərləşdirə bilərdi. Lakin Kramarenko onun sevinməsinə imkan vermədi. 
70. "Bakı"nın heyətində sonuncu oyunçu dəyişikliyi baş verdi. Draqan Naçevskini Fernando Peres əvəzləyir.
68. QOLL. Georgi Adamiya hesab arasındakı fərqi azaltdı.
67. QOLL. "Xəzər-Lənkəran" artıq 2:0 irəlidədir. Svetkov özünün və komandasının ikinci qolunu curdu. 
64. Juninyonun zərbəsi effektli alınmadı.
63. Mahmud Qurbanov da sarı vərəqəylə cəzalandırıldı.
60. Coko Haciyevski məğlubiyyətdən qaçmaq üçün Adamiyanı meydana buraxdı. O Aleksandr Tomaşı əvəzlədi.  
57. Ramimin başla zərbəsi təhlükəli alınsa da, qapıdan aralı keçdi.
52. Kobud oyuna görə, Fabio Lusi Ramin sarı vərəqəylə cəzalandırılır.
46. "Bakı" ikinci hissəyə əvəzetməylə başlayır. Georgi Demetradzenin əvəzinə Roşa Vilyam Batista daxil olur. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
43. Qoldan sonra "Bakı" hesabı bərabərıəşdirmək üçün bir qədər fəaııaşıb. Lakin "Xəzər-Lənkəran"ın müdafiə xətti hələ ki, səhvsiz oynayır.  
37. Juninyonun uzaq məsafədən vurduğu cərimə zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi.
28. QOL. Svetkov hesabı açdı. "Xəzər-Lənkəran" irəlidədir.
24. Hakimə narazılıq etdiyinə görə, "Bakı"nın hücumçusu Georgi Demetradze sarı vərəqəylə cəzalandırılır. 
20. Emin Quliyevin baş zərbəsi təhlükəli alınsa da, top qapıdan aralı keçdi. 
14. Savinovun baş zərbəsi təhlükəli alınsa da, "Xəzər-Lənkəran"ın qapıçısı səhvsiz oynadı.
7. Ramimin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni Dmitri Kramarenko qaytara bildi.
Oyun başladı.


"Simurq" - "İnter" 2:1
Zaqatala şəhər stadionu
Hakimlər: Salmanov Anar, Mahmudov Mehman, Məmmədov Azər, Həmzəyev Əfqan
QOLLAR: Vladimir Mazyar (44,81) - Xaqani Məmmədov (34)

"Qəbələ"nin ardından "İnter" də yarımfinala yüksəldi.
Oyun başa çatdı.
81 QOL.
Mazyar özünün və komandasının ikinci qolunu vurdu. "Simurq" 2:1 irəlidədir.
66. Oyunun tempi yenə də aşağı düşüb. Deyəsən, "Simurq" taleyi ilə barışıb.
59. Mazyar fərqlənməyə yaxın idi. Lakin "İnter"in qapıçısı onun sevinməsinə imkan vermədi. 
54. "Simurq"un heyətində oyunçu dəyişikliyi baş verdi. Volkadzeni Samir Abdulov əvəzləyir. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
44. QOL.
Vladimir Mazyar hesabı bərabərləşdirdi.
41. Qoldan sonra oyunun tempi bir qədər də aşağı düşüb. Artıq cütün taleyi həll olunub. Çünki "Simurq" növbəti mərhələyə yüksəlmək üçün qalan dəqiqələr ərzində rəqib qapısından 4 top keçirməlidir. Bu isə mümkünsüz görünür. 
34. QOL. Xaqani Məmmədov "İnter"i önə keçirdi.
30. Qarşılaşma çox maraqsız keçir. Oyunun üçdə biri arxada qalsa da, qapılar qarşısında bir qol epizodu belə yaranmayıb. 
22. "Simurq"dan Elşən Məmmədov sarı vərəqə ilə cəzalandırılır.
15. Topa daha çox "Simurq" nəzarət etsə də, meydan sahibləri "İnter"in qapısı qarşısında təhlükəli epizod yarada bilmir.
8. Oyunun ilk dəqiqələri maraqsız keçir. Mübarizə əsasən meydanın mərkəzində gedir.
Oyun başladı.


"Olimpik" - "Qəbələ" 0:1
Şəfa stadionu
Hakimlər: Qədiyev Zöhrab, Ələkbərov Aydın, Abdullayev Munis, Haşımov Ceyhun
QOL: Fərzad Hatəmi (66)

"Qəbələ" ilk yarımfinalçı oldu.
Oyun başa çatdı.
90.
Aqil Nəbiyevin zərbəsi qapının üstündən keçdi.
85. Samir hesabı bərabərləşdirə bilərdi. Lakin futbolçunun zərbəsi dəqiq alınmadı.
82. Ramiz Məmmədov da həmkarına borclu qalmır. O Samir Zərgərovu Yaşar Abuzərovla əvəzləyir. Yaşar son 10 dəqiqəqə keçmiş koamndasına qarşı oynamaq imkanı qazandı. 
80. "Olimpik"in baş məşqçisi Əsgər Abdullayev məğlubiyyətdən qaçmaq üçün Samir Musayevi meydana buraxdı. Təcrübəli hücumçu Dos Santosu əvəzlədi. 
75. Nəhayət "Olimpik" də rəqib qapısı qarışısında təhlükə yarada bildi. Lakin Qomeşin zərbəsini rəqib qapıçı tutdu. 
73. "Qəbələ"nin hücumlarının ardı-arası kəsilmir. "Olimpik"sə əlacsız şəkildə yalnız müdafiə olunur. Hatəmi, Kamara, Aptsiauri fərqi artıra bilərdilər. 
69. Hatəmi cütün taleyini həll edə bilərdi. Lakin hücumçu "Olimpik"in qapıçısı ilə təkbətək mübarizədən məğlub ayrıldı 
67. "Qəbələ" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Viktor Komlyonovun zərbəsi qapı tirinə dəydi.
66. QOL. "Qəbələ" nəhayət ki, hesabı açdı. Fərzad Hatəmi fərqləndi.
62. "Qəbələ" oyunda ən real qol epizodunu yaratdı. "Olimpik"in qapıçısı Rauf Mehdiyevin səhvindən sonra Kənan Kərimov topu ələ keçirsə də, onun zərbəsini müdafiəçilər boş qapıdan çıxardılar.
57. Bu dəqiqələrdə oyunda diqtə edən tərəf "Qəbələ"dir. Qonaqlar daha bir şansdan yararlana bilmədilər. Samir Zərgərovun zərbəsi təhlükəli alındı.  
53. "Qəbələ"nin heyətində daha bir oyunçu dəyişikliyi baş verdi. Məkan Nəsirovun əvəzinə Tornike Aptsiauri oyuna qoşuldu. 
52. "Qəbələ" daha bir qol şansını boşa verdi. Ostap qapıçı ilə üzbəüz qalsa da, əlverişli imkanı qaçırdı.
48. "Qəbələ"dən Mikayıl Namazovun cərimə zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi. 
46. "Olimpik"in heyətində oyunçu dəyişikliyi baş verdi. Ramin Quliyevin əvəzinə Bəşir Müqədi oyuna daxil oldu. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. 
"Qəbələ" daha bir şansı boşa verdi. Kamaranın zərbəsi qapının üstündən keçdi. 
37.
"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov artıq ilk oyunçu dəyişikliyindən istifadə edir. Mətləb Məmmədovun əvəzinə Kənan Kərimov meydana daxil olur.
31. "Qəbələ"nin daha bir hücumu təhlükəli alındı. Lakin Abdulkadir Kamaranın zərbəsi qeyri-dəqiq alındı.
25. "Qəbələ" hesabı açsa da, oyunun baş hakimi Zöhrab Qədiyev qolu hesaba almır. Referi bildirir ki, Məkan Nəsirov fərqləndiyi epizodda "Olimpik"in qapıçısı Rauf Mehdiyevə qarşı kobud oynayıb.    
15. Bu dəqiqələrdə üstünlük bir qədər "Olimpik"in tərəfindədir.
11. "Olimpik" hesabı aça bilərdi. Lakin Leandro Qomeşin zərbəsi qapıdan bir qədər aralı keçdi.
3. Oyunda ilk təhlükəli vəziyyəti qonaqlar yaratdılar. Lakin Samir Zərgərovun başla zərbəsi qeyri-dəqiq alındı.
Oyun başladı.


 


Son xəbərlər