Şok! Babək Quliyev və Anar Niyazov hakimlikdən uzaqlaşdırıldı

ÖLKƏ FUTBOLU 10 Mart 2009 / 17:30 3118
-  A +

FİFA dərəcəli iki hakim - Anar Niyazovla Babək Quliyev haqqında Peşəkar Futbol Liqasına müəyyən informasiyalar daxil olub. Bu sensasiyalı məlumatı Qol.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib. Onun sözlərinə görə, PFL bununla əlaqədar araşdırmaya başlayıb. R.Musayev  bildirib ki, bu səbəbdən hər iki referi hakimlikdən kənarlaşdırılıb: «Araşdırma başa çatana qədər onlara heç bir təyinat verilməyəcək». R.Musayev gənc hakimlər barədə onlara müəyyən siqnalların daxil olduğunu deyib: «Araşdırmanın nə qədər davam edəcəyini deyə bilmərəm. Əgər fakt təsdiqlənərsə, hakimlər haqda ciddi tədbir görüləcək».

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi