“Bakı”nın keçmiş futbolçusu Kiyev “Arsenal”ında

XƏBƏR 10 Mart 2009 / 16:25 2404
-  A +

 “İnter” və “Bakı”nın keçmiş oyunçusu Elvin Nuriyev karyerasını ölkə xaricində davam etdirəcək. Qol.Az-ın məlumatına görə, Elvin hazırda Kiyev “Arsenal”ının düşərgəsindədir. Müxbirimizlə söhbətində E.Nuriyev məlumatı təsdiqləyib: “Əvvəlcə menecerim oyunlarıçın yer aldığı diski komandanın məşqçilər korpusuna təqdim edib. Onlar da oyunumu bəyəndiklərindən məni baxışa çağırdılar”.
Artıq bir neçə gündür ki, Elvin “Arsenal”ın düşərgəsində baxışdan keçir və komandanın məşqçiləri onun oyununu bəyəniblər. Futbolçumuzun Kiyev təmsilçisi ilə qarşıdakı günlərdə rəsmi müqavilə imzlayacağı gözlənilir.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord