Foqts millinin heyətini açıqladı

ÖLKƏ FUTBOLU 10 Mart 2009 / 14:31 3505
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun martın 16-dan 19-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin heyətinə dəvət etdiyi futbolçuların siyahısını açıqlayıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, toplanışa Kamran Ağayev, Rauf Mehdiyev, Fərhad Vəliyev, Rail Məlikov, Mahir Şükürov, Aqil Nəbiyev, Samir Abbasov, Ernani Pereyra, Tural Nərimanov, Sergey Sokolov, Saşa Yunisoğlu, Rəşad Sadıqov,
Rahid Əmirquliyev, Elmar Baxşıyev, Cavid Hüseynov, Elvin Məmmədov, Aleksandr Çertoqanov, Tural Cəlilov, Cəmşid Məhərrəmov, İlqar Qurbanov, Zaur Tağızadə, Vüqar Nadirov, Vaqif Cavadov, Leandro Qomeş, Fabio Luis Ramim və  Branimir Subaşiç dəvət ediliblər.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord