Coko Hacıyevski: «Səbirli olun!»

XƏBƏR 10 Mart 2009 / 13:51 2327
-  A +

"Xəzər Lənkəran"la oyun asan olmayacaq, ancaq biz çətinliklərə alışmışıq. Səfərdə əldə etdiyimiz qalibiyyət üstünlük kimi görünə bilər, lakin bu bir kubok turniridir və qalib iki oyunda müəyyən olunur. Bu səbəbdən yalnız matç başa çatdıqdan sonra iki oyunun nəticəsinə görə qalib gəlib-gəlmədiyimizi söyləyə biləcəyik». Qol.Az-ın «Bakı» klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri komandanın baş məşqçisi Coko Hacıyevski «Xəzər Lənkəran»la ölkə kubokunun ј final mərhələsinin cavab oyunu ərəfəsində bildirib. Komandasının bu oyuna ciddi hazırlaşdığını vurğulayan Hacıyevski "Qarabağ"la oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Stanislav Baçevin əvəzinə layiqli namizədlərinin olduğunu deyib: «Səbirli olun, kimlərin meydana çıxacağını oyunun başlamasına az qala söyləyəcəyəm».
C.Hacıyevski onlara verdiyi dəstəyə görə azarkeşlərinə təşəkkür edib.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı