Levin qayıtdı

XƏBƏR 10 Mart 2009 / 13:03 2472
-  A +

Uzun müddətdir zədədən əziyyət çəkən “İnter”in müdafiəçisi Vladimir Levin artıq sağalıb. Bu barədə futbolçunun özü Qol.Az-a məlumat verib: “Zədəm artıq sağalıb. Hazırda özümü yaxşı hiss edirəm. Ola bilər ki, sabah keçiriləcək “Simurq”la kubok oyununda bir hissə oynayım. Əlbəttə, baş məşqçimiz şans verəcəyi halda”.
Xatırladaq ki, Levin 6 aydır zədədən əziyyət çəkirdi. Təcrübəli müdafiəçi bu mövsümün birinci dövrəsində, məhz “Simurq”la oyunöncəsi məşq zamanı zədələnmişdi.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı