“Fənərbaxça” – “Şaxtyor” oyununda qalmaqal (VİDEO)

“Fənərbaxça” – “Şaxtyor” oyununda qalmaqal (VİDEO)
VİDEO 22 İyul 2011 / 12:23 3128
-  A +

Türkiyənin “Fənərbaxça” klubu ilə Ukraynanın “Şaxtyor Donetsk” komandaları arasında oynanılan yoldaşlıq görüşü azarkeşlərin stadiona hücum etməsi nəticəsində yarımçıq qalıb. Qol.Az-ın məlumatına görə, “Şükrü Saracağlu” stadionunda oynanılan matçda əvvəlcə klubun həbsdə olan prezidenti Əziz Yıldırımın şəkli olan maska taxmış iki nəfər meydançaya daxil olub. Onlar meydançadan çıxarılıb. Oyunun 67-ci dəqiqəsində isə onlarla azarkeş meydançaya soxulub. Nəticədə hakim oyunu yarıda saxlayıb. Oyunda qısa fasilə yaranıb, bunun ardınca isə azarkeşlər kütləvi şəkildə oyunun oynandığı sahəyə daxil olub. Bu zaman “Şaxtyor”un oyunçuları soyunma otağına qaçıblar. Azarkeşlər oyunu canlı yayımlayan telekanalın havadan çəkiliş aparmasına maneçilik törədiblər.



Son xəbərlər