«Kocaelispor»un baş məşqçisi: «Rəşad Sadıqov çox səviyyəli futbolçudur»

XƏBƏR 9 Mart 2009 / 19:42 2483
-  A +

“Kocaelispor”un baş məşqçisi Erhan Altın azarkeşlərin suallarını cavablandırıb. Qol.Az-ın verdiyi məlumata görə, “Kocaelispor”un çalışdırıcısı komandasının şərəfini qoruyan milli komandamızın kapitanı Rəşad Sadıqovla bağlı da sullara cavab verib. O, Rəşad Sadıqovun Türkiyə çempionatının superliqasında bir futbolçu kimi daha da irəli getməsinə şansı olduğunu söyləyib: «Rəşad həm komandaya, həm də Türkiyəyə alışıb».
R.Sadıqovun çox səviyyəli futbolçu olduğunu deyən E.Altın futbolçumuzun bu ana qədər verilən bütün tapğırıqları səhvsiz yerinə yetirdiyini söyləyib.

 


Son xəbərlər