İlqar Əbdürrəhmanov seçim qarşısında

XƏBƏR 9 Mart 2009 / 16:36 2478
-  A +

“Muğan”dan ikinci dövrənin startına bir neçə gün qalmış ayrıldım. Buna görə də vaxt az olduğundan başqa kluba keçidim mümkün olmadı”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri milli komandamızın keçmiş üzvü İlqar Əbdürrəhmanov deyib. İ.Əbdürrəhmanov hazırda zədəsini müalicə etdiyini və karyerasını davam etdirmək üçün yayı gözlədiyini söyləyib: “Hazırda zədəmi müalicə etdirirəm. Bəzi təkliflər var idi. Lakin vaxt az olduğundan, anlaşma mümkün olmadı. Hazırda yayı gözləyirəm. Məhz həmin vaxt yeni komandamın adı məlum olacaq. Təklifləri dəyərləndirəcəyəm. Ola bilər yenidən legioner həyatı yaşayım. Rusiyada oynamaq variantı da var. Vətəndə qalmağım da mümkündür”.


Son xəbərlər