Emin Ağayev “Volqa”yla müqaviləni uzatdı

XƏBƏR 9 Mart 2009 / 15:14 2298
-  A +

Mövsüm öncəsi futbolçu karyerasını oynayan-məşqçi kimi davam etdirəcəyini deyən Emin Ağayev Tverin “Volqa” klubu ilə müqaviləsinin müddətini daha 1 illiyinə uzadıb. Qol.Az-ın “Volqa”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin sabiq müdafiəçisi komandanın baş məşqçisi Viktor Navaçenkonun təklifinə qarşı çıxmayaraq hazırkı klubunda qalmağa razılıq verib. Qeyd edək ki, Tver klubu dünən Ağayevin də daxil olduğu 14 nəfərlik heyətlə Kislavodskiyə təlim-məşq toplanışına yola düşüb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı