Ağdam, “İmarət” stadionu, “Qarabağ” – “Neftçi” (VİDEO)

VİDEO 19 İyul 2011 / 18:19 4895
-  A +

“İmarət” fan-klubunun təqdim etdiyi bu oyun 1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilib.

Qol.Az-ın fan-klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna uzun illər komandanın kapitanı olmuş Allahverdi Bağırov imza atıb.

Xatırladaq ki, Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan Allahverdi Bağırov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, veteranların görüşündə Allahverdi Bağırovla yanaşı, “Qarabağ”ın təsisçilərindən Adil Nadirov da iştirak edib.



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı