Stanislav Baçev: “Üzr istəyirəm”

XƏBƏR 9 Mart 2009 / 13:29 2402
-  A +

“Refleksiv olaraq topa toxundum. Əllə istəmədən oynadım. Qırmızı vərəqə aldığıma görə, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm”. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri komandanın bolqarıstanlı legioneri Stanislav Baçev deyib. Xatırladaq ki, Baçev premyer-liqanın son turunda keçirilmiş "Qarabağ"la matçın 88-ci dəqiqəsində əllə oyuna görə ikinci sarı və qırmızı vərəqə alaraq meydanı tərk edib. Buna görə də “Xəzər-Lənkəran”la kubok matçında Baçev komandasına kömək edə bilməyəcək.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi