Muciridən iddialı açıqlama

XƏBƏR 8 Mart 2009 / 20:01 2616
-  A +

"Əsas komandanın qələbəsidir. Biz dünən çox güclü rəqibə qalib gəldik. Sevinirəm ki, növbəti qolumu vurdum». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»a vurduğu qoldan sonra bombardirlər siyahısında «Xəzər Lənkəran»lı İvan Svetkovla liderliyi ələ alan «Bakı»nın yarımmüdafiəçisi Amiran Muciri söyləyib. O, komandasının oyununu çox bəyəndiyini, "Bakı"nın səviyyə nümayiş etdirdiyini və  çempionluğa daha bir addım yaxınlaşdıqlarını vurğulayıb: «Növbəti oyunlarda xal itirmək niyyətində deyilik. Bütün matçlara yalnız qələbə üçün çıxacağıq. Əminəm ki, liderliyi əldən verməyəcəyik".


Son xəbərlər