Rəşad Sadıqovu kimlər məyus edib?

XƏBƏR 7 Mart 2009 / 21:16 2512
-  A +

“Eskişehirspor”la oyunun hazırlıqlarını artıq başa vurmuşuq. Bütün diqqətimizi sabahkı oyuna yönəltmişik”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri millimizin və Türkiyənin “Kocaeslipor” klubunun üzvü Rəşad Sadıqov deyib. Təcrübəli müdafiəçi bildirib ki, sabahkı matçda meydana yalnız qələbə üçün çıxacaqlar: “Eskişehirspor”la matç böyük əhəmiyyət daşıyır. Həmin oyundan yalnız qələbə gözləyirik. Yalnız onu da deyim ki, rəqiblərimizin bugünkü oyunlarda gözlənilmədən xal qazanmaları bizə çox pis təsir etdi. Çünki “Denizlispor” ardıcıl ikinci səfər oyunundan qələbəylə döndü, “Konyaspor”sa gözlənilmədən gedib, “Trabzonspor”u səfərdə məğlub etdi”. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı