Milli komandamızın səfər proqramı açıqlandı

XƏBƏR 7 Mart 2009 / 20:11 2504
-  A +

Martın 28-də Moskvada Rusiya milli komandası ilə görüşəcək Azərbaycan millisinin səfər proqramı bəlli olub.  Qol.Az-ın «Sport-Ekspress» qəzetinə istinadən verdiyi məlumata görə, komandamız Moskvaya martın 26-da yola düşəcək. Həmin gün komandamızı aparacaq təyyarə Bakı vaxtıyla saat 13.40-da Rusiya paytaxtına eniş edəcək. Millimiz «Zolotoye koltso» («Qızıl üzük»)  otelində məskunlaşacaq. Baş məşqçi Berti Foqts oyunun baş tutacağı «Lujniki» stadionunda iki dəfə - martın 26-da Bakı vaxtıyla saat 20.00-da və martın 27-si saat 18.00-da məşq keçəcək. Martın 28-i, oyun başa çatdıqdan dərhal sonra, Moskva vaxtıyla saat 23.25-də komandamızın vətənə qayıdacağı gözlənilir.


Son xəbərlər