Coko Haciyevski: “Taktiki dəyişiklik komandamıza qələbə gətirdi”

XƏBƏR 7 Mart 2009 / 19:25 2441
-  A +

“Birinci hissədə oyunumuz heç cür alınmadı. Çünki rəqib komandanın məşqçilər korpusu oyunumuzu çox gözəl “oxumuşdu”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Bakı”nın çalışdırıcısı Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis fasilədə etdiyi taktiki gedişlərin komandaya qələbə gətirdiyini düşünür: “İlk hissədə xüsusən də Cəmşidlə Borets cinahlardan hücuma lazımı səviyyədə dəstək verə bilmirdilər. Buna görə də fasilədə taktiki dəyişiklik etdim. Muciriylə Batistaya tapşırdım ki, daha çox meydanın mərkəzindən rəqib qapısına doğru irəliləsinlər. Onlar da bu tapşırığın öhdəsindən gəldilər. Nəticədə vurduğumuz iki qolla çətin qələbə qazandıq”.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı