Qəhrəman Əliyev: “İmkanın olsaydı, 6-7 əvəzetmədən istifadə edərdim”

XƏBƏR 7 Mart 2009 / 17:52 2499
-  A +

“İmkanın olsaydı, bugünkü oyunda nəinki 3, hətta 6-7 futbolçunu dəyişərdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Turan”la oyundan sonra mətbuat konfransında MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib. “Hərbçilər”in çalışdırıcısı yetirmələrindən yalnız birinin oyununundan razı qalıb: “Bu gün uşaqlar çox zəif təsir bağışladılar. Yalnız İsmayıl Məmmədovu fərqləndirə bilərəm. Qalanları isə bu gün sanki meydana futbol oynamaq üçün çıxmamışdılar. Premyer-liqadakı yerimizi qorumaq üçün bugünkü oyunda bizə xal lazım idi. Lakin təəssüf ki, bu tapşırığın öhdəsindən gələ bilmədik”.   


Son xəbərlər