Devid Bekhem növbəti dəfə ata oldu

Devid Bekhem növbəti dəfə ata oldu
XƏBƏR 11 İyul 2011 / 11:15 2044
-  A +

Bekhemlər ailəsində çoxdan gözlənilən artım baş verib. Qol.Az-ın məlumatına görə, məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya qız dünyaya gətirib.

Ailəyə yaxın şəxslərdən biri bu xəbəri “Twitter”də bölüşüb: “Bekhemlər məmnuniyyətlə qız uşağının dünyaya gəldiyini elan edirlər”.

Körpə Los-Ancelesdə nüfuzlu “Cedars Sinai” klinikasında doğulub. Uşağa Harper Seven Bekhem adı verilib. Ailənin yaxın dostu qeyri-ad seçimini belə izah edib: “Harper qədim ingilis adıdır və daim Viktoriyanın xoşuna gəlib. Seven (ingilis dilindən tərcümədə 7) xüsusən Devid üçün xoşbəxt rəqəmdir. O, İngiltərədə 7 nömrəli formada çıxış edib”.

Qeyd edək ki, Devid Bekhem Viktoriya ilə 1999-cu ildə ailə qurub. Cütlüyün daha öncə 3 oğlu var idi: 11 yaşlı Bruklin, 8 yaşlı Romeo və 5 yaşlı Kruz.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın