«Qarabağ» «Karvan»la oyunun hazırlıqlarına başladı

XƏBƏR 25 Noyabr 2008 / 15:07 3972
-  A +

Səfərdə "Xəzər - Lənkəran" üzərində qələbə qazanan «Qarabağ» klubu bu həftənin şənbə günü «Karvan»la keçirəjəyi oyunun hazırlıqlarına başlayıb. Qol.Az-ın klubun rəsmi saytında istinadən verdiyini məlumata görə, bazar günü gejə 03:00-də Lənkərandan Bakıya çatan komanda dünən istirahət etmədən məşqlərə start verib.
Komandanın baş məşqçisi Qurban Qurbanov «Xəzər-Lənkəran» üzərində qələbəni unutduğunu söyləyib. Qurban Qurbanov artıq "Karvan" matçını düşünməli olduqlarını bildirib.
Dünənki məşq elə də uzun sürməyib. Daha çox yeniləməyə əsaslanan məşq təxminən 45 dəqiqə davam edib. Bu gün isə iki çalışma nəzərdə tutulub.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord