Oqtay Dərəlioğlu: «Xəzər-Lənkəran»a başçılıq etməyə hazıram»

XƏBƏR 25 Noyabr 2008 / 14:07 3890
-  A +

«Mən «Xəzər-Lənkəran»a başçılıq etməyə hazıram. Amma bu, mənə təklif olunacaq şərtlərdən asılıdır». Bu sözləri məşhur türk futbolçusu, bir vaxtlar «Xəzər-Lənkəran»da da çıxış edən Oqtay Dərəlioğlu söyləyib. Qol.Az-ın məlumatına görə, extratime.az saytına açıqlamasında O.Dərəlioğlu Rasim Karanın hansı səbəblərdən «Xəzər-Lənkəran»dan getdiyini bilmədiyini deyib: «Etiraf edirəm ki, bununla heç maraqlanmıram. Mənimlə hələlik heç kim söhbət etməyib, amma özümü baş məşqçi vəzifəsində işləməyə hazır bilirəm. Mən ikinci məşqçi işləməyə razı olmaram. Hesab edirəm ki, yüksək səviyyədə çalışmaq üçün bütün göstəricilərim var».
O.Dərəlioğlu «Xəzər-Lənkəran»a yeni futbolçu axtarmaqda kömək etməyə hazır olduğunu da söyləyib: «Heç nəyə baxmayaraq, mənim Mübariz Mənsimovla münasibətim əvvəlkitək yaxşı səviyyədədir».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı