Aslan Kərimovun milli komandada işləyəcəyi dəqiqləşib

Aslan Kərimovun milli komandada işləyəcəyi dəqiqləşib
XƏBƏR 30 İyun 2011 / 17:05 2119
-  A +

Aslan Kərimov AFFA ilə rəsmi müqavilə bağlamasa da, artıq millinin aşağı yaş qrupunda fəaliyyətə başlayıb. Bu barədə Qol.Az-ın müxbirinə veteran futbolçu özü məlumat verib. Onun sözlərinə görə, lazımı adamlarla danışıqlar  aparılıb və razılıq əldə olunub. Yığmanın 15 yaşlılardan ibarət komandasına başçılıq edən sabiq “Qarabağ”lı yeni işinə başlamaq üçün yay tətilinin başa çatmağını gözləyir:

“Bilirsiniz ki, bizim komanda 15 yaşlı uşaqlardan təşkil olunub. Hazırda bu uşaqlar yay tətilindədirlər. Yeni işə başlamaq üçün tətilin başa çatmağını gözləyirəm”.

Qeyd edək ki, Aslan Kərimov peşəkar karyerasını ötən mövsümün sonunda başa vurub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi