Macarıstanlı hücumçu «Neftçi»də

Macarıstanlı hücumçu «Neftçi»də
XƏBƏR 25 Noyabr 2008 / 11:58 4899
-  A +

Bakının «Neftçi» klubu baxışa yeni futbolçu dəvət edib. Qol.Az-ın məlumatına görə, bu, macarıstanlı hücumçusu Peter Andorkadır. 24 yaşlı P.Andorkanın son çıxış etdiyi klub Macarıstan «Haladas»ı olub.
Hücumçu 78 kiloqram çəkiyə, 1,90 metr boya malikdir. İndiyədək vətənində çıxış edən Peter “Peç”, “Zalaeqerseq”, “Debretsen” klublarında da oynayıb. 2004-05-ci illərdə Macarıstan yığmasına cəlb olunan futbolçu indiki klubunda 69 oyunda 51 qol, cari mövsümdə 13 oyuna 1 qol vurub.
Qeyd edək ki, “Neftçi” Andorkanı transfer edərsə, o, ölkəmizdə çıxış edən ilk macarıstanlı futbolçu olacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki