Obafemi Martins: “Biz Foqtsa kömək etməli idik”

Obafemi Martins: “Biz Foqtsa kömək etməli idik”
DÜNYA FUTBOLU 4 Mart 2009 / 16:00 3338
-  A +

“Foqts Nigeriya millisində işlədiyi dövrdə nəticə qazanmaq üçün əlindən gələni edirdi. Sadəcə mətbuat başqa olmaqla heç kim ona dəstək olmaq istəmirdi. Burada millinin şərəfini qoruyan futbolçuların da günahı var idi. Biz bütün gücümüzü sərf edib qələbə qazanmaqla Foqtsa kömək etməli idik”. Qol.Az-ın məlumatına görə bu sözləri “Nyukasl”ın nigeriyalı futbolçusu Obafemi Martins deyib. “İnter”in sabiq futbolçusunun bu fikirləri nigeriyalı menecer, eyni zamanda idman reportyoru Conatan Vilsonun Azərbaycan millisinin baş məşqçisi haqqında hazırladığı geniş materialda yer alıb. Martins almaniyalı məşqçinin insani keyfiyyətləri haqqında da danışıb: “Foqts təkcə güclü mütəxəssis olması ilə diqqət çəkmirdi. O, eyni zamanda bir insan kimi yüksək keyfiyyətlərə malik idi. Futbolçuların yaxşılığı üçün hər şey edirdi və həmişə onların yanında olurdu. Hətta oyunlara qatarla gedəndə də Foqts bizi tək buraxmırdı”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın