Devid Bekhem London-2012-də

Devid Bekhem London-2012-də
XƏBƏR 14 İyun 2011 / 12:46 2284
-  A +

İngiltərə millisinin və "Qalaksi" klubunun futbolçusu Devid Bekhem yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Bekhem 2012-ci ildə Londonda keçiriləcək olimpiya oyunlarında İngiltərə yığmasında çıxış etmək niyyətindədir.

Özünü hələ də 21 yaşındakı kimi hiss etdiyini deyən Bekhem 2012-ci ildə komandasına çox faydalı olacağını bildirib. 37 yaşlı futbolçu Londonda keçiriləcək olimpiyadada İngiltərənin qalib gəlməsinin əhəmiyyətini önə çəkərək özünün də bu yarışda iştirakını istisna etməyib.

Qeyd edək ki, Bekhem İngiltərə yığmasının heyətində son matçına 2009-cu ilin oktyabr ayında çıxıb.


Son xəbərlər