Azərbaycanlı hakimin Avropada debütü uğurlu alındı (YENİLƏNİB, VİDEO)

Azərbaycanlı hakimin Avropada debütü uğurlu alındı (YENİLƏNİB, VİDEO)
VİDEO 8 İyun 2011 / 13:41 3174
-  A +

Azərbaycanın FİFA referisi Anar Salmanov AÇ-2012-nin seçmə mərhələsində dünən debüt matçına çıxıb. Qol.Az-ın məlumatına görə, Salmanovun debüt oyunu Belarus - Lüksemburq matçına təsadüf edib.

Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi oyunda Salmanov 2 sarı vərəqə və bir penalti təyin edib. Sarı vərəqələrdən bir 38-ci dəqiqədə Belaruslu Nikolay Voronkov, digəri isə 48-ci dəqiqədə Payalaya göstərilib. 

Oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçiləri hakimlikdən narazılıq etməyiblər. Salmanova bu oyunda FİFA referiləri Mehman Mahmudovla Vaqif Musayev yardım ediblər.

Qeyd edək ki, həmin oyunda ehtiyat hakim FİFA referisi Fariz Yusifov olub.







Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın