«Kicker»də azərbaycanlı imzası

«Kicker»də azərbaycanlı imzası
XƏBƏR 7 İyun 2011 / 18:50 2969
-  A +

Almaniyanın məşhur «Kicker» jurnalının dünənki sayında azərbaycanlı araşdırmaçı-yazar Rasim Mövsümovun məqaləsi dərc olunub.

Qol.Az-ın məlumatına görə, «Baku statt Barca» («Barselonanın əvəzinə Bakıya») adlanan yazı vaxtilə «Barselona»nın maraq dairəsində olmuş Emil Mpenzanın «Neftçi»dəki ilk mövsümünə həsr edilib.

Adıçəkilən belçikalı hücumçu bir zamanlar Bundesliqada çıxış etdiyindən onun indiki futbol həyatı da alman oxucular üçün maraqlıdır.

Xatırladaq ki, Rasim Mövsümovun yazıları mütəmadi olaraq Türkiyənin «Futbol Extra» və «Trabzonspor», həmçinin Rusiyanın «Sport-Ekspress» nəşrlərində dərc olunur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı