İlqar Quluzadə: «Gedenin istefası məsələsi «Neftçi»nin gündəmində deyil»

İlqar Quluzadə: «Gedenin istefası məsələsi «Neftçi»nin gündəmində deyil»
PREMYER LİQA 26 Fevral 2009 / 12:47 4538
-  A +

“Həqiqətən də dünən Suraxanı stadioununda xoşagəlməz hadisələr yaşandı. Bu cür hadisə bizə də xoş gəlmir. Ona görə də indi araşdırırıq ki, görək həmin azarkeş kimdir və bu hərəkəti nə üçün edib”. Qol.Az-in müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə «Qarabağ»la oyundan sonra yaşanan hadisələrə münasibət bildərərkən deyib. “Neftçi” rəsmisi oyunundan sonra azarkeşlərin komandanın baş məşqçisi Hans Yürgen Gedeyə qaşı fiziki təzyiq göstərmələrinə görə “Qarabağ” klubunu  günahlandırmayıb: “Bu işdə “Qarabağ” rəsmiləri günahkar deyillər. Düzdür, onlar meydan sahibi olaraq, təhlükəsizliyi təmin etməlidirlər. Lakin bu cür hadisənin yaşanacağını heç kim gözləmirdi. Bir daha qeyd edirəm ki, araşdırmalarımız davam edir”.
İ.Quluzadə son günlər mətbuatda Gedenin istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Hazırda bu məsələ gündəmimizdə deyil. Gede ilə də tez-tez danışırıq, fikir mübadiləsi aparırıq. Çalışırıq ki, tez bir zamanda “Neftçi”ni bu vəziyyətdən çıxaraq”.
“Neftçi” kubokda “Qarabağ” səddini aşa bilməsə, Gede yenə də vəzifəsində qalacaq» Klub rəsmisinin bu suala cavabı aşağıdakı kimi olub: “Bu barədə hələ danışmaq tezdir. Hələ, oyun olsun, sonra fikirləşərik”.
İ.Quluzadənin fikrincə, ilk oyundakı məğlubiyyətə baxmayaraq, “Neftçi” “Qarabağ”ı mübarizədən kənarlaşdıracaq: “Futbolçularının səviyyəsinə görə “Neftçi” Azərbaycanda hamıdan güclüdür. Komandamızın heyətində çıxış edən futbolçuların əksəriyyəti milli komandada oynayır. Legionerlərimiz də səviyyələri ilə seçilirlər. Buna görə də “Neftçi”nin rəqibini mübarizədən kənarlaşdıracağına inanıram”.
«Əgər «Neftçi»nin futbolçuları hamıdan güclüdüsə, komanda niyə uğur qazana bilmir». Bu suala İ.Quluzadə belə cavab verib: «Mən bu barədə heç nə deyə bilmərəm. Bu suala baş məşqçi cavab verməlidir. Çünki heyəti o müəyyənləşdirir. Mən təşkilati işlərlə məşğulam. Heyətə, nəticəyə isə baş məşqçi cavabdehdir”.   
  

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord