Ağasəlim Mircavadov-Nazim Mehrəliyev cütlüyü “Qarabağ»a «qayıtdı» (FOTO)

Ağasəlim Mircavadov-Nazim Mehrəliyev cütlüyü “Qarabağ»a «qayıtdı» (FOTO)
ÖLKƏ FUTBOLU 25 Fevral 2009 / 19:58 3567
-  A +

Aşağıda dərc olunan şəkildəki bu şəxslər “Qarabağ”ın bu gün “Neftçi”yə qarşı oyunu izləyirlər. Onlar bir vaxtlar Ağdam klubunun uğurları üçün çalışıblar. Ağasəlim Mircavadov komandanın baş məşqçisi olub, Nazim Mehrəliyev isə onun köməkçisi. “Qarabağ” ən böyük uğurlarına da məhz bu iki mütəxəssisin dövründə imza atıb. 1993-cü ildə Ağdam klubu Ağasəlim Mircavadovun rəhbərliyi altında həm ölkə çempionu oldu, həm də kuboku qazandı. Həmin vaxt isə Mircavadovun köməkçisi şəkildə onun yanında dayanan Mehrəliyev idi...
Həmin vaxtdan 16 il keçib. Lakin bu iki məşqçi yenə də birlikdədirlər. Özü də yenə “Qarabağ”ın oyununda. Lakin dəyişən bir şey var. O da hazırda bu mütəxəssislərdən heç birinin “Qarabağ”da çalışmamasıdır. Lakin şəkildən də göründüyü kimi, onlar bu gün də mənən “Qarabağ”a bağlıdılar. Yenə də komandanın oyununu həyəcanla, yan-yana izləyirlər. Lap 16 il əvvəlki kimi...   


 




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı