Premyer Liqada daha bir ciddi hakim səhvi: Əfran İsmayılovun təmiz qolu qeydə alınmayıb (VİDEO)

Premyer Liqada daha bir ciddi hakim səhvi: Əfran İsmayılovun təmiz qolu qeydə alınmayıb (VİDEO)
VİDEO 25 Aprel 2011 / 12:37 3823
-  A +

Dünən Unibank Premyer Liqasının 28-ci turunun "Qarabağ" - "İnter" oyunu (1:0) hakimlərin bir ciddi səhvi ilə yadda qalıb.

Qol.Az-ın məlumatına görə, hesab 0:0 olarkən, Ağdam klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun vurduğu təmiz qolu baş hakim Ramil Diniyev qeydə almayıb. Bu zaman referi yan xətt hakimi Ramiz Əsədovun qərarına uyğun hərəkət edib. Əsədov həmin anda Əfranın oyundan kənar vəziyyətdə olduğunu bildirib. Amma sizə təqdim etdiyimiz bu videodan da açıq-aşkar görünür ki, Elvin Məmmədovun ötürmə verdiyi anda anda Əfran ofsayda olmayıb.

Georgi Adamiya «Qarabağ»a qələbə qazandıran qolu vurmasaydı və oyunda hesab açılmasaydı, görəsən, indi nələr baş verəcəkdi? Daha əlavə heç bir şərh vermədən Əfranın təmiz, amma sayılmayan qolunu sizə təqdim edirik.




Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın