Yaşar Babayev - 70

Yaşar Babayev - 70
XƏBƏR 20 Aprel 2011 / 15:26 31226
-  A +

Aprelin 21-də Azərbaycan futbolunun canlı əfsanəsi, uzun müddət "Neftçi"nin şərəfini qorumuş veteran futbolçu Yaşar Babayevin 70 yaşı tamam olur.

Yaşar Babayev 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib.

Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi"nin heyətində çıxış edib. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir. Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Qol.Az saytının kollektivi yubilyarı təbrik edir və ona can sağlığı arzulayır!


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı