Rusiya Futbol İttifaqından azarkeşlərə çağırış: «Azərbaycanla oyunda komandamıza dəstək verin»

Rusiya Futbol İttifaqından azarkeşlərə çağırış: «Azərbaycanla oyunda komandamıza dəstək verin»
DÜNYA FUTBOLU 24 Fevral 2009 / 20:11 2962
-  A +

«Azərbaycan milli komandasıyla oyuna hazırlıq prosesi nəzərdə tutulmuş qrafik üzrə həyata keçirilir. Oyun «Lujniki» stadionunda keçiriləcək». Qol.Az-ın məlumatına görə, bu sözləri DÇ-2010-nun martın 28-də Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyunu ərəfəsində Rusiya Futbol İttifaqının baş katibi Aleksey Sorokin bildirib. O, oyuna Rusiyada yaşayan Azərbaycan diasporu tərəfindən böyük marağın olacağını gözlədiklərini söyləyib. «Ona görə də oyuna biletlər ayrı-ayrı satılacaq. Qonaqlar üçün xüsusi kassa açılacaq».
A.Sorokin rusiyalı azarkeşləri Azərbaycan millisiylə oyunda stadiona gəlməyə və komandalarına dəstək verməyə çağırıb.

 


Son xəbərlər