Hiddink Rusiyadan niyə qaçıb?

XƏBƏR 24 Noyabr 2008 / 12:04 3844
-  A +

Dünya çempionatının seçmə mərhələsində milli komandamızla bir qrupda yer alan Rusiya yığmasının baş məşqçisi Qus Hiddinklə bağlı qalmaqal yaranıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskvanı tərk edən hollandiyalı mütəxəssis vətəninə yola düşüb. Rusiya Kütləvi İnformasiya Vasitələri Hiddinkin belə addım atmasının səbəbini pulla izah edirlər. Təcrübəli məşqçi artıq 2 aydır ki, əmək haqqı almır və bu, Hiddinki çox narahat edir. Qeyd edək ki, 2008-ci ilin iyuluna qədər yığmanın məşqçilər korpusunun maaşını Roman Abramoviçin rəhbərlik etdiyi Milli Futbol Akademiyası (MFA) ödəyirdi. Ancaq yayın sonunda Rusiya Futbol İttifaqı (RFİ) MFA-nın iştirakı olmadan Hiddinklə müqavilə bağladığından bu iki qurumun münasibətləri pisləşib. Ancaq RFİ-nın mətbuat xidmətinin rəhbəri Andrey Malosolov Hiddinkin əmək haqqısının gecikdirilməsini təkzib edib. Bununla belə, o, baş məşqçinin Moskvanı tərk etdiyini deyib: «Son iki ayda Hiddinkin əmək haqqı almaması doğru deyil. Onun pulu vaxtı-vaxtında verilir. Yığmamızın baş məşqçisi hazırda Rusiyanı tərk edib. Amma bu heç də maddi səbəblərlə bağlı deyil». 
 

 

Daha çox


Son xəbərlər