Suat Usta: «Azərbaycana gəldiyimə peşman deyiləm»

Suat Usta: «Azərbaycana gəldiyimə peşman deyiləm»
MÜSAHİBƏ 24 Noyabr 2008 / 11:57 6932
-  A +

Qol.Az-ın suallarını "Neftçi"nin türkiyəli futbolçusu Suat Usta cavanlandırır

- 21 yaşında «PSV Eyndhoven»dən «Qalatasaray»a transfer edildin. Amma daha sonra işlər yolunda getmədi. «Qalatasaray»dan sonra «Konyaspor», «Sakaryaspor», «Çaykur Rizəspor»da oynadın. Azərbaycana gəldiyin üçün peşman deyilsən?

- Yox, peşman deyiləm, niyə peşman olum ki? Məni bura gəlməyə məcbur etməyiblər. «Neftçi» haqqında mənə məlumat verəndə dedilər ki, böyük hədəfləri olan bir kluba gedirsən.

- «PSV»dən ayrıldıqdan sonra oynadığın komandalardakı bütün oyunçular böyük klubları keçdiyi halda sən bu şansı qaçırdın.

- Mən 16 yaşımda dünyanın ən böyük klublarından olan «PSV»də oynayırdım. Orda Stam, Van Nistelroy, Van Bomel kimi futbolçular vardı, mən onların yanında böyüdüm. Bundan sonra “Qalatasaray”a keçdim və bundan peşman deyiləm. Mən milli komandaya dəvət olunandan sonra Türkiyəni daha yaxşı tanıdım. Türk olmağıma baxmayaraq, o vaxtlar Türkiyə haqda məlumatım az idi. Məncə, itirdiyim bir şey yoxdu. «PSV», «Qalatasaray»da qazandıqlarım, yaşadıqlarım mənim üçün hər şeydi.

- Nəyə görə Hollandiya yığma komandasının təklifini qəbul etməyib, Türkiyənin ümit milli komandasını seçdin?

- Hollandiyada dünyaya göz açmışam, 21 il orda yaşamışam. Amma mən bir türkəm, əsl trabzonluyam, böyüklərim türk torpağında uyuyur. Hollandiyanın çörəyini yesəm də, mən onların yığma komandasına gedə bilməzdim. Mənim babalarım türk bayrağı altında savaşıb. Ona görə də başqa bir bayraq altında oynaya bilməzdim. O ölkənin rənglərini qorumaq mənə yaraşmazdı.


- Bu günə kimi oynadığın komandaları dəyərləndirsən, hansında daha rahat və xoşbəxt olmusan?

- Bəlkə biraz qəribə səslənəcək, amma mənim ən çox dəyər verdiyim komanda «Sakaryaspor» oldu. «PSV»də, «Qalatasaray»da oynadım, lakin «Sakaryaspor»un azarkeşi, mənə olan  sevgisi tam başqa idi. Sakarya üçün hələ də darıxıram.

- İşlədiyin məşqçilər arasında daha yaxşı anlaşdığın, sənin üzərində ən çox əməyi olan kimdi?

- İşlədiyim məşqçilərin heç biri ilə problemim olmayıb. Təkcə «Qalatasaray”da çox oynamaq şansım olmadı. Amma özümə daha yaxın bildiyim Saffet Susiç, Beyk və hazırda  “Neftçi»də Yurgen Gedenin güvənini qazanmışam. Bu üç məşqçini özümə daha yaxın bilirəm, onların qarşısında daha çox məsuliyyət hiss edirəm.

- Türk futbolçuları aqressivliyi ilə seçilir. Amma sən oyunlarda çox soyuqqanlısan

- Mən əvvəllər «qırmızı vərəqə» çox alırdım. Gördüm ki, belə olmaz, hirsimi vurub-sındırmaqla yox, oynamaqla almağa başladım. Düzdü, Türkiyədən fərqli olaraq, Azərbaycanda futbol çok sakit keçir, amma hirsli oynamaqda pis bir şey yoxdu. Əsas odur ki, bilərəkdən qaydanı pozmayasan.

- «Qalatasaray»dan kiminləsə əlaqən qalıb?

- Mən «Qalatasaray»a gələndə çox aqressiv idim. Sonra başa düşdüm ki, hər şeyi olduğu kimi qəbul etmək lazımdı, başladım hamıyla isti münasibət yaratmağa. İndi Arif Ərdəm, Hakan Şükür, Ümit Karan, Ümit Davala, Song, Franq de Burla tez-tez əlaqə yaradıram. Çünki bizim komandada dostluğumuz çox gözəl və səmimi idi. Səmimi olanda hamı səni sevər.

- «Qalatasaray»da oynadığın vaxtları necə xatırlayırsan?

- «Qalatasaray»da oynamağın özü bir xoşbəxtlikdi. Komandanın ən azın 20-25 milyon tərəfdarı var. Avropaya getdiyin zaman minlərcə insan qarşılayır səni, Suat Usta kimi deyil, bir «Qalatasaray»lı olaraq. O gücü gördüyün zaman «Qalatasaray»ın özəlliyini hiss edirsən. Bunları sözlə ifadə etmək çətindir. Çempionlar liqasının səfər oyunlarına gedəndə komandanın üzvləri üçün özəl təyyarə, oteldə özəl nömrələr tutulur. Hələ bunlar ən kiçik detallardı. Fənərbaxçaya qarşı onminlərlə tamaşaçı qarşısında oyun oynadım, 90-ci dəqiqədə topu boş qapıdan çıxardım. O anın sevincini ancaq yaşamaq lazımdı.

- Eşitdiyimə görə, mahnı oxumaq qabiliyyətin var.

- Var, amma indi oxumuyacam, çox yorğunam (gülür).

- Bakıda boş vaxtını necə keçirirsən?

-Mən 14 yaşımdan bəri tək yaşayıram. Hollandiyadada ailəmdən ayrı qalırdım. Çünki Eyndhoven onların yaşadığı şəhərdən uzaq idi. Bakıda boş vaxtlarımda evdə oluram.Vaxtımın çoxunu kitab oxumaqla keçirirəm.

Elgün SEYİDOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın