U-17-nın rəqibləri dekabrın 4-də bilinəcək

XƏBƏR 24 Noyabr 2008 / 11:04 3783
-  A +

17 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raunddundakı rəqibləri dekabrın 4-də bilinəcək. Qrupu ilk iki pillədə başa vuranlardan başqa, üçüncü yeri tutanlar arasında ən yaxşı nəticə göstərən Gürcüstan və Qazaxıstan yığmaları da növbəti mərhələyə keçiblər.  Ümumiyyətlə, elit-raundda aşağıdakı ölkələri təmsil edən komandalar iştirak edəcəklər:
AZƏRBAYCAN, Avstriya, Belçika, Danimarka, Rumıniya, Çexiya, Macarıstan, Gürcüstan, Portuqaliya, Uels, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Xorvatiya, Serbiya, Norveç, İsveçrə, Polşa, Hollandiya, İtaliya, Finlandiya, Belarus, Fransa, Şotlandiya, Türkiyə, Sloveniya, İspaniya, İngiltərə
Püşkatma İsveçrənin  Nyon şəhərində Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Mənbə: affa.az

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın