Ruslan Abışov klipə çəkildi

Ruslan Abışov klipə çəkildi
ÖLKƏ FUTBOLU 4 Aprel 2011 / 15:15 3397
-  A +

Azərbaycan milli komandasının və «Neftçi»nin müdafiəçisi Ruslan Abışov gənc müğənni Sevda Yəhyayevanın yeni klipində çəkilib. Bu haqda Qol.Az-a futbolçunu özü məlumat verib. O bildirib ki, klipin təqdimetmə mərasimi sabah keçiriləcək.

“Düşünürəm ki, duetimiz heç də pis alınmayıb. Klipdə baş rola çəkilmişəm. Maraqlı idi. Əgər yenidən belə bir təklif olsa, razılaşaram. Amma təbii ki, futbol oynamağıma mane olmamaq şərtilə” - deyən R.Abışov əlavə açıqlama verməyib və bütün sualları sabah keçiriləcək mərasimdə cavablandıracağını söyləyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord